Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzi 2026-cı il üzrə 2-ci İnkubasiya Proqramı — “StepArtUp”ı elan edir! 🚀
Proqram çərçivəsində seçiləcək 10 startap xüsusi dəstək və inkişaf imkanlarından yararlanacaq. İnkubasiya proqramını uğurla tamamlayan startaplar sentyabr ayında keçiriləcək Demo Day tədbirində öz layihələrini təqdim edərək investorlar, tərəfdaşlar və innovasiya ekosisteminin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər.
“StepArtUp” proqramı tələbələrin innovativ ideyalarını inkişaf etdirməsinə, onları real startap layihələrinə çevirməsinə və gələcək inkişaf üçün böyük dəstək qazanmasına şərait yaradacaq.
İnnovativ ideyan varsa, ilk addımı at — StepArtUp ilə startapını böyüt! 🚀